“ΔO_BSOH>0 ⇒ f(f(O))>f(O)”... — "Qiymətlərdən zövq alın..."

“ΔO_BSOH>0 ⇒ f(f(O))>f(O)”... — "Qiymətlərdən zövq alın..."
13.04.2026 14:01

Qalibafın riyazi dili, cəbri düşüncəsi və həndəsi baxışı

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf  Vaşinqton yaxınlığındakı benzin stansiyalarının qiymətlərini əks etdirən xəritəni paylaşaraq yazır: 

“İndiki qiymətlərdən zövq alın, çünki sözdə blokada ilə yaxın vaxtda dörd-beş dollarlıq benzini nostalji ilə xatırlayacaqsınız”. 


Qalibaf  birbaşa Donald Tramp administrasiyasının Hörmüz boğazını blokada etmək qərarına işarə vurur və deyir ki, bu addım gerçəkləşsə, dünya neft təchizatı pozulacaq, nəticədə benzin qiymətləri indiki səviyyədən xeyli yüksək olacaq.

Paylaşımdakı riyazi ifadə – “ΔO_BSOH>0 ⇒ f(f(O))>f(O)” isə İranın təbliğat dilində hazırlanmış ciddi xəbərdarlıqdır. Burada “O” neft qiymətini, “BSOH” isə Hörmüz boğazı ilə bağlı şok effektini simvollaşdırır. Məna belədir: blokada səbəbindən neft şoku bir dəfə baş verəndə qiymət artımı zəncirvari davam edəcək, ikinci dərəcəli təsirlər – nəqliyyat, ərzaq, inflyasiya ilə birlikdə böyük iqtisadi zərbəyə çevriləcək.

Qalibaf  məqsədi dünyaya və Trampa göstərməkdir ki, İranı cəzalandırmaq istəyən hər hansı blokada əvvəlcə özlərinə qarşı işləyəcək.

Bu paylaşım təsadüfi deyil. ABŞ Prezidenti Donald 12 apreldə Tramp Birləşmiş Ştatların Hörmüz boğazında genişmiqyaslı hərbi əməliyyatlara başladığını bəyan edib. O bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına daxil olan və ya oradan çıxan istənilən gəminin blokadaya alınması prosesinə başlayır.


Hazırda dünya neftinin beşdə biri bu boğazdan keçir və qiymətlər artıq yüz dollar səviyyəsini keçib. ABŞ-də benzin qiyməti son bir ayda bir dollardan çox bahalaşıb, orta göstərici 4,12-4,13 dollar/gallon ətrafındadır. 

Blokada həyata keçsə, ABŞ-də benzin qiymətlərinin beş-altı dollara, bəzi ştatlarda isə daha da yuxarı qalxması ehtimalı çox yüksəkdir. Bu isə inflyasiyanı sürətləndirəcək, nəqliyyat və ərzaq xərclərini artıracaq, nəhayət Tramp administrasiyasının reytinqinə ciddi zərbə vuracaq. Qalibafın ironiyası burada gizlənir: İran neft ixracını itirə bilər, amma ABŞ vətəndaşları da “ucuz benzin” dövrünü əbədi olaraq xatırlayacaqlar. 

Qiymət Mahir


XƏBƏR LENTİ
01 AVQUST 2026
9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Bütün Xəbərlər