Danimarka seçim qarşısında: Ukraynaya dəstək, yoxsa milli müdafiə?

Danimarka seçim qarşısında: Ukraynaya dəstək, yoxsa milli müdafiə?
19.01.2026 15:55

Danimarka Ukraynaya verdiyi "F-16" qırıcılarını geri istəyir. Buna səbəb kimi Danimarkanın hərbi cəhətdən zəif olması və "F-16"ları Qrenlandiyaya yerləşdirmək istəyi göstərilir.

Maraqlıdır,  F-16-lar Qrenlandiyanı xilas edəcək?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, ABŞ Qrenlandiyanı hər vasitə ilə almaq istəyir:


"Bəli, bu gün Danimarka ciddi bir sınaqla üz-üzə qalıb. Onun suverenliyinə daxil olan Qrenlandiyanı Amerika istəyir. Görünən odur ki, ABŞ onu nəyin bahasına olursa olsun əldə etmək niyyətindədir. Satın almalı olsa da, işğal etməli olsa da, xoşluqla olsa da, xoşluqla olmasa da istəyir. Hətta Tramp belə bir açıqlama verib: deyir ki, qrenlandiyalılar ABŞ-nin bir hissəsi olmaq istəmirlər, amma bu onların problemi deyil. Yəni bütün hallarda ABŞ Qrenlandiyanı əldə etmək istəyir". 

Analitik qeyd edib ki, Danimarka Qrenlandiyanı  qorumağa çalışır:


"İndi aydın görünür ki, Danimarka da oranı qorumağa çalışır. Düzdür, F-16-ların Qrenlandiyaya köçürülməsi vəziyyəti köklü şəkildə dəyişdirmir, yəni bu, Qrenlandiyanı xilas etməyəcək. Bütün hallarda Danimarka ABŞ ilə uzlaşmaq məcburiyyətində qalacaq və ehtimal ki, nəticədə güzəştə getməli olacaq. Amma hər halda bu vəziyyət Danimarka üçün müəyyən problemlər yaradır. Bir tərəfdən Ukraynanı dəstəkləyir və Rusiya təcavüzü ilə üz-üzədir, digər tərəfdən isə ABŞ-nin tələbi ilə qarşı-qarşıyadır. Bu, olduqca kritik bir durumdur".

Politoloqun qənaətincə, Danimarka seçim qarşısındadır:

"Təbii ki, F-16-lar Ukraynanın hava müdafiə sistemində vacib bir hissədir. Qeyd edim ki, Danimarkanın Ukrayna dəstəyi kifayət qədər əhəmiyyətlidir. Amma artıq Danimarka özü bir seçim qarşısında qalıb. Öz ərazilərini qorumaq üçün müdafiə addımı atmalı, digər tərəfdən isə bu addım Ukraynanın mövqeyini zəiflədə və Rusiyanın mövqeyini gücləndirə bilər. Ümumiyyətlə, Qrenlandiya məsələsi beynəlxalq hüquq baxımından Rusiyanın xeyrinə işləyir. İndiyədək Rusiyanı qınayan bütün dünya indi ABŞ-nin bu istəyi ilə üz-üzədir və bu, sanki Rusiyanın işğalına bir növ haqq qazandırır".

Əli Mustafa həmçinin vurğulayıb ki, Qrenlandiyada sakinlərin seçim şansı  yoxdur və Danimarka çətin vəziyyətdədir:

"Bütün hallarda Qrenlandiya üçün seçim imkanı verilmir. Orada təxminən 60 min insan yaşayır, onların fikirləri və Danimarkanın tərkibində qalmaq istəyi, yaxud ABŞ-yə birləşmək arzuları hələ soruşulmur. Bu, yeni dünya düzəninin sərt və konkret addımlarından biridir və Danimarka bununla üz-üzə qalıb. Bu olduqca ağır bir seçimdir. Balans pozulur: bir tərəfdən beynəlxalq öhdəliklərə görə Ukraynanı müdafiə etməli, digər tərəfdən isə öz suveren ərazilərini qorumaq üçün müdafiədən geri çəkilməli olur".


Ekspert sonda əlavə edib ki, F-16-ların geri qaytarılmasının Qrenlandiyanı xilas edəcəyini demək olmaz. Bu təyyarələr daha çox Rusiyaya qarşı cəbhədə faydalıdır, Qrenlandiyada isə ABŞ-yə qarşı səmərəsi daha azdır. Yenə də son qərarı Danimarka hökuməti verməlidir.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər