Ceyhun Məmmədov: "Zəfər Günü xalq-iqtidar birliyinin qələbəsidir"

Ceyhun Məmmədov: "Zəfər Günü xalq-iqtidar birliyinin qələbəsidir"
07.11.2025 14:04

8 Noyabr – Azərbaycan tarixində dönüş nöqtəsi olan Zəfər Günüdür. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi nəticəsində ölkənin ərazi bütövlüyü bərpa olundu və bölgədə yeni geosiyasi reallıq formalaşdı. 

Tarixi gün haqqında TodayPress TV-yə danışan Milli Məclisin Deputatı Ceyhun Məmmədov bildirib ki, 8 Noyabr Şuşanın azadlığı ilə Azərbaycanın tarixi ədaləti bərpa etdiyi gün kimi yadda qaldı: 

"8 Noyabr – Ali Baş Komandanımızın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi gündür. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad edildi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək, torpaqlarımızı işğalçılardan təmizlədi və ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur".

Deputat qeyd edib ki, 8 Noyabr xalq-iqtidar birliyinin və güclü ordunun təmin etdiyi tarixi qələbənin rəmzidir:

"Noyabrın 8-nin Zəfər Günü kimi qeyd olunması, Sərəncamda da bildirildiyi kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi sayəsində qazanılmış möhtəşəm qələbənin rəmzidir. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilham alan xalqımız daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı".

Onun sözlərinə görə, bu dövrdə xalqın misilsiz həmrəyliyi və qlobal dəstək “Dəmir yumruq” birliyinin formalaşdığını göstərdi:

"Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, eləcə də Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri, erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları misilsiz həmrəylik nümayiş etdirdi; ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir".


Parlamentari azad olunan bölgələrdə geniş bərpa və quruculuq işlərinin həyatın sürətlə dirçəlməsinə şərait yaratdığını vurğulayıb: 

"Bu gün işğaldan azad olunmuş ərazilərdə geniş bərpa və quruculuq işləri aparılır. Qısa müddətdə Füzulidə beynəlxalq hava limanının tikilməsi, Zəngilanda “Ağıllı kənd” layihələrinin həyata keçirilməsi, Zəfər yolunun çəkilməsi, beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin təməl qoyuluşu, azad olunmuş rayonların baş planlarının hazırlanması, yaşayış məntəqələrinin salınması, dəmir və avtomobil yollarının sürətlə inşası, su elektrik stansiyalarının bərpası və digər mühüm layihələrin icrası Prezident İlham Əliyevin yorulmaz və fədakar fəaliyyətinin nəticəsidir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. İnfrastruktur, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət ocaqları, məscidlər, muzeylər, hava limanları, dəmir yolları, tunellər – hərtərəfli bərpa prosesi aparılır. Azərbaycanın quruculuq missiyası başlayıb və bundan sonra ölkəmiz yalnız inkişaf edəcək. Azad olunmuş torpaqlara həyat qayıdır".

Deputat, həmçinin Laçın məntəqəsinin qurulmasının ərazi bütövlüyünün tam təmininə mühüm addım olduğunu bildirib:

"Azərbaycan–Ermənistan sərhədində, Laçın rayonu ərazisində Həkəri çayı üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması, böyük Şuşa Zəfərindən sonra ən böyük və mühüm hərbi-siyasi uğur kimi tarixə qızıl hərflərlə yazıldı. Üçrəngli bayrağımız sərhəddə qürurla dalğalandı. Bununla da Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi tarixi fakt kimi təsdiqləndi".

Ceyhun Məmmədov qarşıdakı mərhələdə ölkənin inkişafı üçün həmrəylik və birgə fəaliyyətin həlledici rolunu qeyd edib:

"Önəmli vəzifələr bundan sonra da davam edir. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız qarşıda duran bütün taleyüklü məsələlərin öhdəsindən layiqincə gələcək. Bu işdə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Biz nümunəvi fəaliyyətimizlə Prezident İlham Əliyevi dəstəkləməli, hər zaman onun yanında olmalıyıq. Azərbaycanda xalq-iqtidar birliyi dönməz və sarsılmazdır".

Deputat son olaraq əlavə edib ki, Azərbaycan xalqı bu gün sözlə ifadə olunması çətin olan misilsiz qələbə sevinci, yüksək fəxarət, qürur hissi yaşayır. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə qalib dövlət və qalib xalq kimi tarixə düşdük. 

Jalə Rövşən

 TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bütün Xəbərlər