Bakı və Paris “BUZLARI ƏRİDİR”: Yeni dövrün konturları görünür

Bakı və Paris “BUZLARI ƏRİDİR”: Yeni dövrün konturları görünür
17.10.2025 17:01

Prezident İlham Əliyev oktyabrın 16-da Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib.


Dövlət başçısı Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib.

İkitərəfli gündəlikdə yeni dövrün başlandığını vurğulayan Azərbaycan Prezidenti, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli TodayPress TV-yə açıqlamasında bu hadisəni Azərbaycan–Fransa münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib:


“Bu qəbul sadəcə diplomatik protokol aktı deyil, həm də son illərdə gərginləşmiş münasibətlər fonunda qarşılıqlı anlayış və dialoqa qayıdışın simvolu kimi diqqət çəkir.  Prezident İlham Əliyevin Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi görüşə istinad etməsi də məhz bu kontekstdə mühüm mesaj kimi qiymətləndirilə bilər. Dövlət başçısının “anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı” fikri diplomatik ritorikada barışıq və yenidənqurma mərhələsinin başlandığını göstərir.

Azərbaycanla Fransa arasındakı münasibətlər rəsmi Parisin qərəzli siyasəti nəticəsində ciddi sınaqlardan keçib. Parisin Ermənistanla bağlı birtərəfli yanaşması, Fransa Senatının və Milli Assambleyasının Azərbaycana qarşı ədalətsiz və qərəzli bəyanatları, eləcə də Makron administrasiyasının Cənubi Qafqazda balansı pozan mövqeyi münasibətləri uzun müddət gərgin saxlayıb. Lakin geosiyasi reallıqlar, Azərbaycanın regiondakı artan nüfuzu və Avropanın enerji təhlükəsizliyində Bakının rolunun əhəmiyyətli dərəcədə böyüməsi Fransanı yeni yanaşma formalaşdırmağa məcbur edir”.

Parlamentari əlavə edib ki, hazırda İlham Əliyevin diplomatik çevikliyi və ardıcıl xarici siyasət kursu nəticəsində Azərbaycan–Fransa münasibətlərində “buzların əriməsi” prosesi müşahidə olunur. Sofi Laqutun Bakıya səfir kimi gəlişi bu baxımdan önəmlidir:


“Paris bu dəfə ölkəmizə təkcə siyasi baxımdan deyil, iqtisadi, mədəni və regional əməkdaşlıq baxımından da daha praqmatik münasibət sərgiləməyə çalışır. Çünki Fransa başa düşür ki, Cənubi Qafqazda hər hansı proses Bakının iştirakı olmadan baş tuta bilməz və Azərbaycan regionun strateji sabitlik mərkəzi, təhlükəsizlik arxitekturasının sarsılmaz dayağıdır.

Bakı–Paris xəttində əvvəlki gərginliklərin tam aradan qalxdığını demək hələ tez olsa da, yeni dövrün konturları artıq görünməkdədir. Makron administrasiyasının siyasətində tam ideoloji dəyişiklik olmasa da, taktiki baxımdan yumşalma və dialoq meyli açıq şəkildə sezilir. Bu da həm Avropa İttifaqı daxilində Azərbaycanın enerji və nəqliyyat şəbəkələri üçün əvəzolunmaz tərəfdaş statusuna çevrilməsi, həm də Fransa diplomatiyasının son illərdə itirdiyi etibarın bərpası cəhdləri ilə bağlıdır.

Azərbaycan bu mərhələdə emosional deyil, prinsipial və milli maraqlara əsaslanan siyasət yürüdür. İlham Əliyev diplomatik balansı qoruyaraq Fransa ilə münasibətləri qarşılıqlı hörmət və suverenliyə əsaslanan yeni formatda təsis etməyə çalışır. Bu yanaşma həm regionda sabitlik üçün zəruridir, həm də Qərblə əlaqələrdə konstruktiv xəttin davamı baxımından əhəmiyyət daşıyır”.

E.Mirzəbəyli sonda diqqətə çatdırıb ki, Makron administrasiyası üçün yaranan bu yeni mərhələ həm imtahan, həm də fürsətdir. Paris real dəyişiklik iradəsini nümayiş etdirərsə, Azərbaycanla münasibətlər yalnız ikitərəfli səviyyədə deyil, Avropa–Cənubi Qafqaz münasibətlərinin gələcək arxitekturasında da mühüm rol oynaya bilər. 

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Bütün Xəbərlər