Ana dilimizin saflığı təhlükədə: Deputat məsuliyyəti mediada görür

Ana dilimizin saflığı təhlükədə: Deputat məsuliyyəti mediada görür
03.11.2025 17:55

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunmasının hər bir vətəndaşın borcu olduğunu bildirib.


Dövlət başçısı qeyd edib ki, dövlət qurumları, alimlər, dilçilər, yazıçılar, jurnalistlər və ictimai xadimlər bu məsələyə ciddi diqqət yetirməlidirlər. Onun sözlərinə görə, son 10 ildə dilin qorunması istiqamətində mühüm addımlar atılsa da, vəziyyət hələ də tam qənaətbəxş deyil. 

Prezident vurğulayıb ki, Azərbaycan dili çox zəngin və qədim dildir, 50 milyondan çox insan üçün ana dilidir və onun təmizliyinin qorunması milli kimliyin əsas amilidir. Xarici sözlərin yerli ifadələrlə əvəzlənməsinin vacibliyini qeyd edən ölkə başçısı bildirib ki, dilin itirilməsi milli mənsubiyyətin zəifləməsinə səbəb ola bilər.   


Sözügedən çıxışı TodayPress TV -yə şərh edən Milli  Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, İlham Əliyev Azərbaycan dilini milli kimliyin əsas dayağı kimi qoruyur:

"Azərbaycan dilinin qorunması və daha da inkişaf etdirilməsi daim Azərbaycan Prezidentinin diqqət mərkəzində olub. Bu istiqamətdə dilimizin saflığının qorunması üçün Prezident bir sıra müvafiq sərəncamlar imzalayıb. Dilin qorunması və yaşadılması, əslində, bir millətin mövcudluğunun davam etdirilməsi deməkdir. Prezident İlham Əliyev Azərbaycan dilini 50 milyondan çox azərbaycanlını birləşdirən, 50 milyondan çox insanın ana dili olan bir dil kimi xarakterizə edir".

Deputat qeyd edib ki, dilimiz həm xarici təsirlərdən, həm də daxili laqeydlikdən zərər görür:


"Hazırda doğrudan da dilimiz üzərində müəyyən təzyiqlər müşahidə olunur. Bu, bir tərəfdən xaricdən gələn terminlərin təsiri ilə əlaqədardırsa, digər tərəfdən daxili amillərlə bağlıdır. Orfoqrafiya lüğətinin tətbiqi ilə bağlı problemlər, dialekt, ləhcə və şivələrdəki sözlərin ədəbi dilə daxil edilməsində çətinliklər, həmçinin efir və sosial şəbəkələrdə dilin təhrif olunması bu məsələdə əsas səbəblərdəndir".

Parlamentari media və efirdəki dil xətalarının ana dilimizin aydınlığını kölgələməsinə diqqət çəkib:

"Bütün bunlar tədricən dilimizin zənginliyini məhdudlaşdırır, ünsiyyət prosesində təhriflər yaradır. Məsələn, bəzi media subyektlərində və televiziya efirlərində danışıq zamanı felin zaman formalarının səhv işlədilməsi dilin aydınlığını və şəffaflığını pozur. Eyni hal çəkilmiş filmlərdə və aparıcıların nitqində də müşahidə edilir. Bir çox sözlər düzgün tələffüz olunmur və nəticədə dil öz əsas funksiyasından uzaqlaşır".

Deputat son olaraq əlavə edib ki, dilin saflığının qorunması böyük məsuliyyət tələb edir:


"Buna görə də ilk növbədə dilin qorunması, ictimai müstəvidə onun daşıyıcıları olan və leksikonun formalaşmasına təsir göstərən şəxslərin məsuliyyətini tələb edir. Bununla yanaşı, təhsil sistemində də dilin öyrədilməsinə xüsusi diqqət yetirilməlidir. Ədəbi dilin əsasən tədris mərhələsində formalaşdığı nəzərə alınaraq, bu sahədə məsuliyyət dərk olunmalıdır.

Nəhayət, media da dilimizin bütün imkanlarından düzgün və məsuliyyətlə istifadə etməlidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu məsələyə dair xatırlatması olduqca aktualdır və dilimizin qorunması üçün mühüm çağırış kimi qəbul edilməlidir".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bütün Xəbərlər