Afinadan Ankaraya SƏRT MESAJ: Türkiyə risklərə hazırlaşır!

Afinadan Ankaraya SƏRT MESAJ: Türkiyə risklərə hazırlaşır!
01.12.2025 14:05

Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyəni əsas təhlükə adlandıraraq Egey dənizində müdafiə doktrinasını dəyişdiklərini açıqlayıb. O bildirib ki, bahalı freqatlar və gəmilər artıq effektiv deyil və Yunanıstan yüzlərlə ada üzərində mobil raket sistemləri yerləşdirəcək. “Axilles Qalxanı” layihəsi ilə Egey dənizinin həm dəniz, həm də hava məkanı zenit-raket sistemləri ilə “bağlanacaq”.  


Sual yaranır, Yunanıstanın Türkiyəni “əsas təhlükə” kimi təqdim edib adaları raketlərlə silahlandırması Ankara ətrafında yeni hərbi çənbər yarada bilərmi? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, Türkiyə və Yunanıstanın münasibətləri tarixi, dini və siyasi ziddiyyətlərin formalaşdırdığı köklü rəqabətə əsaslanır:


"Türkiyə ilə Yunanıstan demək olar ki, ekzistensial rəqiblər və düşmən dövlətlərdir – eynilə Azərbaycanın Ermənistanla münasibətlərində olduğu kimi. Onların münasibətlərində həmişə enişli-yoxuşlu proseslər gedib. Tarixə nəzər salsaq, hələ 19-cu əsrdən bəri yunanlarla türklər arasında davamlı düşmənçilik yaşanıb. Müsəlman–xristian qarşıdurması elementləri, eləcə də Antanta dövlətlərinin – xüsusən Böyük Britaniya və Fransanın – bu iki xalq arasında nifaq yaratmaq cəhdləri buna əlavə faktor olub".

Ekspert xatırladıb ki, Atatürkün liderliyi və xalqın dirənişi Ankaraya qədər uzanan yunan təhdidini dayanıdırıb dövlətçiliyi xilas edib:


"Onlar çox ağır dövrlər yaşayıblar, aralarında saysız-hesabsız müharibələr olub. Yunanıstanın suverenlik əldə etməsi də məhz müharibə şəraitində baş verib. Bir müddət çox qanlı toqquşmalar davam edib. Hətta yunan qoşunları 1923-cü ilə qədər Ankara şəhərinə qədər irəliləmişdilər. Atatürkün liderlik qabiliyyəti və milləti birləşdirən rolu olmasaydı, türklərin vəziyyəti çox ağır ola bilərdi və geniş ərazilərin Yunanıstan tərəfindən ələ keçirilməsi real təhlükə idi. Lakin türk xalqının mübarizə əzmi, əyilməzliyi və qəhrəmanlığı bu ssenarini mümkünsüz etdi. Nəticədə həm ərazi bütövlüyü qorundu, həm də milli dövlətçilik möhkəmləndi".

Onun sözlərinə görə, hər iki ölkə NATO üzvü olsa da, Ankara və Afina arasında gərginlik köklü səbəblərə görə hələ də qalır. Buna baxmayaraq, münasibətlərdə gərginlik illərdir davam edir. 


Analitik hesab edir ki, bu gün Yunanıstanın Türkiyəyə qarşı siyasi və hərbi baxımdan gücləndirilməsi açıq şəkildə Qərbin dəstəyi ilə aparılır. Qərb dövlətləri Türkiyəni özlərinə tam yaxın saymır, baxmayaraq ki, NATO-nun aparıcı üzvlərindən biridir. Eyni zamanda Yunanıstan onlara daha uyğun tərəfdaş kimi görünür. Ekspertin fikrincə, məhz bu səbəbdən ən müasir silah sistemləri, hava hücumundan müdafiə kompleksləri, raket sistemləri və yeni nəsil döyüş təyyarələrinin Yunanıstanın istifadəsinə verilməsi məsələsi gündəmdədir.

Tofiq Abbasov onu da vurğulayıb ki, Qarabağ müharibəsinin yaratdığı yeni hərbi reallıq Yunanıstanı da Ankara–Bakı ittifaqını yenidən qiymətləndirməyə məcbur edib:

"Bu gün isə vəziyyət fərqlidir. 44 günlük Qarabağ müharibəsi bir daha göstərdi ki, müasir savaş qaydaları köklü şəkildə dəyişib. Azərbaycan bu müharibədə yeni hərbi taktika və texnologiyaların effektiv tətbiqi baxımından nümunə göstərdi və bütün dünyaya dərs oldu. Bu səbəbdən ABŞ və Avropanın aparıcı hərbi akademiyalarında Qarabağ müharibəsi ətraflı təhlil edilir. Yunanıstan da bu dərsləri diqqətlə izləyib, çünki Ankara–Bakı ittifaqının gücü regionda ciddi faktor kimi qəbul olunur".

Analitik sonda əlavə edib ki, son illərin təcrübəsi göstərir ki, Ankara regionda yaranan hər bir riski vaxtında qiymətləndirir və qarşısını almaq üçün ciddi hazırlıq aparır.  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər