ABŞ və İran arasında "PAT VƏZİYYƏTİ" - Bölgəni nə gözləyir?

ABŞ və İran arasında "PAT VƏZİYYƏTİ" - Bölgəni nə gözləyir?
25.02.2026 13:20

ABŞ-nin İrana qarşı mümkün hərbi müdaxilə ilə bağlı hazırlıqları tamamladığı iddia olunur. 

Məlumatlara görə, Vaşinqton bölgədə hərbi mövcudluğunu gücləndirib və ehtimal olunan ssenarilər üzrə əməliyyat planlarını hazır vəziyyətə gətirib. 

Trampın İrana verdiyi müddət də demək olar ki, bitib. 

Maraqlıdır belə bir stiuasiyada regionu nə gözləyir? 

Politoloq Tofiq Abbasov mövzunu TodayPress TV-yə şərh edib. 


HAZIRLIQ VƏ TƏZYİQ 

Analitik qeyd edib ki, bölgədə vəziyyət getdikcə daha da gərginləşir:

"Aydın görünür ki, Birləşmiş Ştatlar ciddi hərbi hazırlıqlar aparır və eyni zamanda güc nümayişi ilə İrana psixoloji təzyiq göstərməyə çalışır. İranın mövqeyi isə əyilməz və dəyişməz olaraq qalır. Tehran hesab edir ki, Vaşinqtonun irəli sürdüyü tələblər ölkənin suverenliyini faktiki olaraq sıfıra endirir və buna görə də onları qəbul etmək mümkün deyil. İran açıq şəkildə bildirir ki, geri addım atmaq məğlubiyyət deməkdir və əgər qarşı tərəf müharibə istəyirsə, buna hazırdır. Rəsmi mövqe “sona qədər müqavimət” prinsipinə əsaslanır".

HƏRBİ ƏMƏLİYYATLAR BAŞLASA...

Ekspert hesab edir ki, mümkün hərbi əməliyyatlar başlasa, ABŞ-nin ilk növbədə havadan zərbələr endirəcəyi ehtimal olunur. Quru müdaxiləsi, genişmiqyaslı qoşun yeridilməsi və desant əməliyyatlarının effektivliyi şübhə altındadır. ABŞ ordusu texniki və texnoloji baxımdan yüksək təminata malik olsa da, əvvəlki kampaniyalar göstərib ki, Vaşinqton daha çox informasiya üstünlüyü və psixoloji təsir strategiyasına üstünlük verir.


"Bu səbəbdən ABŞ-nin birbaşa toqquşmadan qaçaraq uzaq məsafədən raket zərbələri endirməsi daha real görünür. İslam İnqilabı Keşikçiləri Korpusunun bazaları və digər strateji obyektlərin hədəf alınması ehtimalı istisna edilmir. Lakin belə addımların qarşılığında nə baş verəcəyi ciddi sual doğurur. Çünki İranın hərbi və raket potensialı, eləcə də nüvə proqramı ətrafında yaranmış mübahisələr vəziyyəti daha riskli edir".

TƏHLÜKƏ YARADACAQ RİSKLƏR

Politoloq İranın həm regiondakı ABŞ müttəfiqləri üçün, həm də ABŞ-nin bölgədə yerləşən hərbi bazaları və dəniz qüvvələri üçün təhlükə yarada biləcəyini istisna etməyib:

"Ballistik raketlərlə aviadaşıyanlara və digər hərbi obyektlərə mümkün zərbələr qarşıdurmanı genişmiqyaslı və nəzarətdən çıxan mərhələyə keçirə bilər. Belə bir ssenaridə eskalasiyanın daha ağır nəticələr doğuracağı ehtimal olunur".


T.Abbasov bildirib ki, hazırkı vəziyyətdə diplomatiya ən optimal çıxış yolu kimi görünür. ABŞ Prezidenti Donald Trampın davranışları isə ziddiyyətli qiymətləndirilir: bir tərəfdən sərt ritorika, digər tərəfdən isə birbaşa hərbi əməliyyatlara başlamaqda tərəddüd müşahidə olunur. Ekspertin sözlərinə görə, yeni hərbi qüvvələrin, o cümlədən aviadaşıyan “Gerald Ford”un Aralıq dənizinə göndərilməsi Vaşinqtonun ehtiyatlı mövqe tutduğunu da göstərir.

DAXİLİ ZİDDİYYƏTLƏR:

ABŞ daxilində də yanaşmaların fərqli olduğuna diqqət çəkən analitik əlavə edib ki, bəzi yüksək vəzifəli şəxslər sərt addımların tərəfdarı kimi çıxış edir, digərləri isə müharibənin risklərini önə çəkərək ehtiyatlı mövqeni müdafiə edirlər. İranın nüvə proqramının hərbi xarakter daşıyıb-daşımaması məsələsi də bu müzakirələrin mərkəzindədir.

"Nəticədə tərəflər arasında bir növ “pat vəziyyəti” yaranıb. ABŞ böyük hərbi arsenalına baxmayaraq, açıq müharibəyə başlamır, İran isə geri çəkilməyəcəyini nümayiş etdirir. Mövcud şəraitdə istənilən yanlış addım genişmiqyaslı və ağır nəticələrə səbəb ola bilər", - T.Abbasov fikrini tamamlayıb. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Bütün Xəbərlər