ABŞ və İran arasında gizli görüşlər niyə dayandı? - Pakistanın planı çökür

ABŞ və İran arasında gizli görüşlər niyə dayandı? - Pakistanın planı çökür
14.05.2026 11:50

"Pakistanın ABŞ ilə İran arasında vasitəçilik təşəbbüsləri hələlik nəticə verməyib".

TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.


Onun sözlərinə görə, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bir neçə gün əvvəl ABŞ ilə İran arasında gərginliyin azaldılması üçün diplomatik təşəbbüslərin davam etdiyini açıqlayıb. Nazir İslamabadda aparılan məsləhətləşmələrin sülh yolu ilə nəticələnəcəyinə ümid etdiyini və prosesin bir neçə ölkə tərəfindən dəstəkləndiyini vurğulayıb:

"Vaşinqton və Tehran arasında danışıqlarda real irəliləyiş yoxdur. Tərəflər bir-birlərinə təqdim etdikləri təklifləri qəbul etmirlər və Pakistanın vasitəçilik səylərinə baxmayaraq, İslamabadda keçirilən ilk görüşdən sonra ikinci görüş baş tutmayıb. Pakistanın vasitəçilik təşəbbüsü xüsusilə Çinin maraqlarına uyğundur. Çin ilə Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və Pekin İslamabadın vasitəçiliyinin müsbət nəticə verəcəyinə ümid edir".

Politoloq qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında Pekində keçirilən görüş zamanı “Hörmüz boğazı” məsələsi də diqqət mərkəzində olub. 

"Çin boğazda yaranmış problemin qısa müddətdə həllini istəyir. Vaşinqton da tankerlərin sərbəst hərəkətinin bərpasında maraqlıdır. Lakin bunun üçün ABŞ və İran arasında razılaşma əldə edilməlidir. Pekin “Hörmüz boğazı”nın açılması üçün Tehrana təzyiq göstərmək niyyətində deyil və bu məsələ Vaşinqtonla Pekin arasında əsas fikir ayrılıqlarından biri olaraq qalır".

Siyasi şərhçi əlavə edib ki, ABŞ daxilində də Pakistanın vasitəçiliyinə skeptik yanaşanlar var. Respublikaçı senator Lindsi Qrem Pakistanın İrana yaxın davranmaqda ittiham olunduğunu bildirib və vasitəçi roluna etimad etmədiyini deyib.

"Senatorun sözlərinə görə, əgər İranın hərbi təyyarələri həqiqətən Pakistan bazalarında yerləşdirilibsə, Vaşinqton başqa vasitəçi axtarmalıdır. O qeyd edib ki, “Pakistana mümkün olan qədər etibar etmirəm. Belədirsə, başqa vasitəçi tapmalıyıq”. İranın Pakistana təqdim etdiyi bəzi tələblərin ABŞ-yə daha yumşaq formada çatdırıldığı barədə məlumatlar yayılıb. Bu isə bir müddət Vaşinqtonda Tehranın Ağ Evin tələblərini qəbul etməyə hazır olduğu barədə yanlış təsəvvür yaradıb". 

Elxan Şahinoğlunun fikrincə, gerçəkdə isə İran rəhbərliyi əvvəlki mövqeyindən geri çəkilməyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Bütün Xəbərlər