ŞOK! Kriminal hadisələrdə üzərlikdən istifadə olunur?

ŞOK! Kriminal hadisələrdə üzərlikdən istifadə olunur?
26.02.2026 13:01

Rusiya Federasiyasının üzərlik bitkisini (Peganum harmala) dövriyyəsi qadağan olunmuş maddələr siyahısına daxil etməsi Azərbaycan vətəndaşları üçün sərhəd-keçid məntəqələrində problemlər yaradır.  

Bununla yanaşı ölkəmizdə də Səhiyyə Nazirliyi üzərliyin tərkibində harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər olduğu barədə məlumat yayıb. Bu qrup alkaloidlər mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv birləşmələrdir.

Bəs üzərliyin sağlamlığa hansı təsirləri var?  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan tibb elmləri doktoru, professor Araz Əliquliyev bildirib ki, üzərliyin narkotik maddə kimi təqdim edilməsi elmi baxımdan əsaslı deyil. 


Onun sözlərinə görə, üzərlik əsasən Aralıq dənizi hövzəsində, Cənubi Qafqazda, Orta Asiyada, Yaxın Şərqdə və quraq, kontinental iqlimə uyğun olduğuna görə Rusiyada geniş şəkildə yayılmayıb:

“Üzərliyin tərkibində müxtəlif yağlar mövcuddur və bu yağlar antioksidant xüsusiyyətlərə malikdir. Eyni zamanda, bitkidə monoaminooksidaza inhibitoru (MAO inhibitoru) kimi təsir göstərən maddələr də var. Tibbdə monoaminooksidaza inhibitorları antidepresant kimi istifadə olunur. Bu baxımdan müəyyən təsir mövcuddur. Lakin praktikada hansısa kriminal hadisədə bu bitkidən sui-istifadə edilməsi faktına rast gəlinməyib”. 

Professor əlavə edib ki, üzərliyin tərkibində olan harmin və harmalin kimi alkaloidlər MAO inhibitoru xüsusiyyətinə malikdir. Bu maddələr psixoaktiv təsir göstərə bilsə də, daha çox toksiki təsir riski ilə seçilir:  

“Xüsusilə digər dərmanlarla birlikdə qəbul edildikdə təhlükəli nəticələr yarana bilər. MAO inhibitorlarının qəbulu dayandırıldıqdan sonra ən azı iki həftə müddətində bəzi psixotrop və antidepresant dərmanların istifadəsi qadağandır və bu maddələr spesifik təsir mexanizminə malikdir. Ancaq üzərliyi digər narkotik maddələrlə eyniləşdirmək düzgün deyil. Bu bitki daha çox qədim dövrlərdən ritual və fitoterapiya məqsədilə istifadə olunub”. 

Araz Əliquliyev vurğulayıb ki, üzərliyin kütləvi şəkildə asılılıq yaradan maddə kimi istifadəsi barədə məlumat yoxdur.   

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Bütün Xəbərlər