Rəsmi Bakıdan SƏRT CAVAB: Aİ–Azərbaycan dialoqunda yeni gərginlik?

Rəsmi Bakıdan SƏRT CAVAB: Aİ–Azərbaycan dialoqunda yeni gərginlik?
09.12.2025 18:32

“2 dekabr 2025-ci ildə Avropa İttifaqı–Ermənistan Tərəfdaşlıq Şurasının qəbul etdiyi “Avropa İttifaqı–Ermənistan Strateji Gündəliyi” sənədi region üçün mühüm siyasi siqnaldır və onun tərkibində Azərbaycanın maraqlarına zidd elementlərin yer alması sülh prosesinə müəyyən mənfi təsir göstərə bilər”. 

Politoloq Anar İsayev bunu TodayPress TV-yə açıqlamasında deyib.


O bildirib ki, bu, Avropa İttifaqının (Aİ) regional balanssız mövqeyi görüntüsü yarada bilər:

“Belə ki, sənəddə post-münaqişə reallıqlarının təhrif edilməsi və birtərəfli vurğular Aİ-nin Ermənistana daha yaxın siyasi-strateji kursa keçid etdiyini, həmçinin Azərbaycan–Ermənistan məsələsində neytrallıqdan uzaqlaşdığı təəssüratını gücləndirir. Bu isə Bakı üçün Aİ-nin vasitəçilik rolunu zəiflədə bilər. Azərbaycan indiyədək Aİ-ni neytral aktor kimi qəbul edirdi, amma sənəddəki vurğular bu rolu sual altına qoya, Ermənistanı danışıqlarda daha sərt mövqeyə həvəsləndirə bilər.

Sənəd Aİ-nin Ermənistana təhlükəsizlik dəstəyi, islahatlar, iqtisadi yaxınlaşma, ümumi təhlükəsizlik və müdafiə siyasəti sahəsində genişləndirilmiş əməkdaşlıq vədi verir. Bu paralel dəstək Ermənistanın sülh danışıqlarında xüsusi tələblərinin artmasına, 2020–2023 reallıqlarını tam qəbul etməməsinə, sərhəd məsələləri və kommunikasiyalar üzrə irəliləyişi ləngitməsinə səbəb ola bilər”.


Ekspert belə sənədlərin Aİ–Azərbaycan dialoqunda yeni gərginlik yarada biləcəyini və Bakının da buna cavab olaraq bir sıra mümkün addımlar ata biləcəyini deyib:

“Belə ki, Aİ ilə yüksək səviyyəli dialoqu müvəqqəti zəiflətmək, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində Aİ-nin rolunu məhdudlaşdırmaq, regionda özünə daha uyğun hesab etdiyi formatlara istiqamətlənmək kimi addımlar istisna deyil. Bu isə sülh prosesində Qərbin rolunu azalda bilər. Bütün bu sadaladığım səbəblərə baxmayaraq, bir vacib məqamı qeyd edim ki, Aİ–Ermənistan sənədi hər nə qədər birtərəfli olsa da, Azərbaycan–Ermənistan sülhünün həlledici şərtləri Aİ deyil, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda paraflanmış sülh sazişinə əsasən Bakı və İrəvanın öz razılığıdır. Reallıqda sərhəd delimitasiyası, kommunikasiyaların açılması, sülh sazişi mətninin yekunlaşdırılması hələ də iki ölkə arasında gedən birbaşa proseslərlə həll edilir. Aİ-nin sənədi bu prosesi çətinləşdirə bilər, amma onun nəticəni tam bloklamaq gücü yoxdur”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla Aİ arasında imzalanan sənədi şərh edib.


Bildirilib ki, 2 dekabr 2025-ci il tarixində Brüssel şəhərində keçirilmiş Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəddə post-münaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bütün Xəbərlər