Gəncə və Bərdə terrorunu dünyaya sübut edən Hikmət Hacıyevi niyə hədəfə qoyurlar?

Gəncə və Bərdə terrorunu dünyaya sübut edən Hikmət Hacıyevi niyə hədəfə qoyurlar?
14.07.2026 10:20

Sosial şəbəkələrdə Hikmət Hacıyevə qarşı yönələn qara piar və şəxsi həyat üzərindən qurulan hücumlar böyük təəssüf və təəccüb doğurur.

Bu gün çox  rahat ittiham yağdıranlar  2020-ci ilin o ağır payız günlərini necə bu qədər tez unuda bilirlər? Dünyanın ən qərəzli media nəhənglərinin qarşısında təmkinlə, dərin intellekt və peşəkarlıqla ölkəmizin haqq səsini müdafiə edən, Gəncəyə, Bərdəyə raketlər yağanda xarici diplomatları o xarabalıqlara aparıb erməni faşizmini dünyaya faktlarla sübut edən kim idi?

Hikmət Hacıyev sıradan bir məmur deyil, o, Vətən Müharibəsinin informasiya cəbhəsində vuruşan bir general idi. Keçmişə sayğısı olmayanın gələcəyə deməyə sözü ola bilməz. Verilən əməyi, göstərilən xidməti bu qədər asan itirməməliyik.

Biz hər ucuz sosial şəbəkə kampaniyasına, manipulyasiyaya uyub bu cür kadrları hədəfə qoysaq, gələcəkdə ən kritik məqamlarda dövlət maraqlarını qoruyacaq insanların motivasiyasını öz əlimizlə qırmış olarıq. Çünki dövlətin əsl dayağı məhz onun yetişdirdiyi bu cür peşəkar kadrlardır.

İctimai adamların fəaliyyətini tənqid etmək  normaldır, amma tənqidlə təhqir və şəxsi həyata müdaxilə arasında çox qalın bir sərhəd var.  Kimisə mühakimə edərkən onun bu dövlət, bu millət üçün etdiklərini də tərəziyə qoymağı bacarmaq lazımdır. 

Jalə Rövşən 

TodayPress TV 

XƏBƏR LENTİ
14 IYUL 2026
Bu qurumların əsasında Media və Yayım Şurası yaradılır - TƏSDİQLƏNDİ 11:34 Milli Məclisin növbədənkənar sessiyasının son iclası başladı 11:31 Azərbaycan və Slovakiya Prezidentləri bu gün Ağdama səfər edəcəklər 11:29 Cəbəllütariq iqtisadi iflasdan xilas olmaq üçün İspaniyanın şərtlərini qəbul etdi 11:19 Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 11:00 Slovakiya Prezidenti Azərbaycana təbii qazla bağlı dəstəyinə görə təşəkkür etdi 11:16 Prezident Azərbaycan-Slovakiya arasında əlaqələrinin inkişafından danışdı 11:12 Slovaklar Ağdamda milli qəhrəmanın adına məktəb tikirlər 11:09 İlham Əliyev Emmanuel Makronu təbrik etdi 11:05 Avropa İttifaqının Kipr üzrə nümayəndə təyinatı rədd edildi 11:00 Prezidentin Slovakiya lideri ilə geniş tərkibdə görüşü oldu 10:57 Tehran raket taktikasını dəyişdi: 1500 kilometr məsafədə ABŞ mərkəzini vurdu 10:39 İran 200 ballistik raketi Xameneinin meyiti ilə ölkə boyu gəzdirdi - Silahları daşıyan qatar alışdı, bombalar və əsgərlər məhv oldu 10:32 Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək 10:31 Paşinyan dağlara çəkildi: Qərb Rusiyanın Ermənistana hücumu barədə xəbər yaydı 10:20 İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü oldu 10:24 Gəncə və Bərdə terrorunu dünyaya sübut edən Hikmət Hacıyevi niyə hədəfə qoyurlar? 10:20 Prezident Slovakiya liderini Şuşada qarşıladı 10:08 Azərbaycan Ermənistana qarşı ikinci dövlətlərarası şikayət göndərib 10:02 Hikmət Hacıyev süni intellektin önəmindən danışdı 10:03 Azərbaycan dezinformasiya hücumlarına məruz qalır - Hikmət Hacıyev 09:55 Azərbaycan nefti yüksəlməyə davam edir: Bir günə... 09:58 TNS "Sabah" ilə üz-üzə gələcək 09:23 Bakının bəzi hissələrində elektrik enerjisi olmayacaq 08:51 ABŞ İrana yeni zərbələr endirdi 08:46 Bütün Xəbərlər