Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi

Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi
30.07.2025 14:47

Sammit çərçivəsində ikitərəfli görüşlər keçirilib 

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində BMT-nin Qida Sistemləri üzrə II Sammiti (UNFSS+4) işə başlayıb.

Bu barədə TodayPress TV-yə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Tədbirdə təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları, ekologiya və kənd təsərrüfatı üzrə nazir və nazir müavinləri, o cümlədən ətraf mühit və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər yüksək səviyyəli rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. 

Tədbir çərçivəsində Nazirlərin Yüksək Səviyyəli Toplantısında çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov artan çağırışlar fonunda bəşəriyyətin gələcəyi üçün qida sistemlərinin transformasiyasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. İqlim dəyişikliyi və digər qlobal çağırışların aqro-ərzaq sistemlərinə təhdid yaratdığını deyən nazir vaxtında və koordinasiya olunmuş fəaliyyətin vacib olduğunu, qida sistemlərinin transformasiyasının zəruri olduğunu diqqətə çatdırıb. Nazir Məcnun Məmmədov əlavə edib ki, elm və innovasiya kənd təsərrüfatının transformasiyasının mərkəzində olmalı, aqrar sahədə innovasiya və davamlılığı təşviq etmək üçün birgə layihələr həyata keçirilməli, texnologiya transferi təşəbbüsləri və maraqlı tərəflər arasında ən yaxşı təcrübələrin mübadiləsi təşviq olunmalıdır.  

Nazir Məcnun Məmmədov ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub, Azərbaycanın uğurla təşkil etdiyi bu beynəlxalq tədbirdə iqlim maliyyəsi üzrə tarixdə ilk dəfə mühüm razılığın əldə olunduğunu vurğulayıb. Nazir Məcnun Məmmədov Azərbaycanın qida sistemlərinin transformasiyası istiqamətində qlobal səyləri dəstəklədiyini və bütün tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu qeyd edib. 

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammiti (UNFSS+4) çərçivəsində Somali, Efiopiya, Ruanda respublikalarının kənd təsərrüfatı nazirləri, eləcə də Konqo Respublikasının xarici işlər və əməkdaşlıq naziri Jan-Klod Qakosso və Afrika İttifaqının Kənd təsərrüfatı komissarı Moses Vilakati ilə görüşüb. Görüşlərdə Afrika dövlətləri ilə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, azərbaycanlı sahibkarların Afrika ölkələrində investisiya imkanlarını dəyərləndirməsi, müasir texnologiyaların transferi, aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə əməkdaşlıq, beynəlxalq təşkilatlar səviyyəsində ölkələrin bir-birini dəstəkləməsi məsələləri müzakirə olunub. Görüş zamanı afrikalı rəsmilər Azərbaycanın COP29 tədbirini yüksək səviyyədə təşkil etdiyini, elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid sahəsində Azərbaycanın böyük uğurlar əldə etdiyini, bu sahədə ölkəmizin təcrübəsini öyrənməkdə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar. 

Səfər çərçivəsində nazir Məcnun Məmmədov Melkassa Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti ilə tanış olub, sınaq əkin sahələrinə baş çəkib. Bildirilib ki, mərkəzdə aqrar sahədə məhsuldarlığın artırılması, iqlim dəyişikliyinin əkinçiliyə təsiri, zərərvericilərə qarşı mübarizənin təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılır və davamlı əkinçilik təcrübələri təşviq olunur.

FOTOLAR

Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 1
Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 2
Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 3
Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 4
Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 5
Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 6
Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 7
Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 8
Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
“Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Çempionlar Liqasında “Sabah”ın rəqibi açıqlandı 23:59 Bütün Xəbərlər