KTN Şəkidə regional müşavirə keçirdi

KTN Şəkidə regional müşavirə keçirdi
13.06.2025 17:10

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə taxıl biçininin gedişi, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məlumatlandırma sessiyalarını davam etdirir. Məlumatlandırma sessiyaları çərçivəsində Nazirliyin rəhbər şəxslərinin iştirakı ilə regional müşavirələr təşkil olunur. 

Bu barədə TodayPress TV-yə KTN-dən məlumat verilib.

Taxıl biçininin gedişatına həsr olunmuş növbəti müşavirə Şəkidə keçirilib. Regional müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Balakən və Zaqatala rayonlarının icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, “Aqroservis” ASC-nin rəhbər şəxsləri və regional nümayəndəliklərinin, rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, ölkədə ərzaq təhlükəsizliyinin davamlı təmin olunması aqrar siyasətin əsas istiqamətlərindən biridir. Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi mexanizmlərinin mövcudluğu bitkiçiliyin digər sahələri kimi taxılçılığın da inkişafına müsbət təsir göstərir. Şəkinin ölkənin ən çox taxıl əkilmiş bölgəsi olduğunu qeyd edən Elxan Usubov taxıl biçininin mütəşəkkil təşkili üçün koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıb, əvvəlki illərdə olduğu kimi bu il də biçin prosesinin mütəşəkkil şəkildə başa çatdırılması lazımi tədbirlərin görüldüyünü bildirib.  

Regional müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün görülən işlər barədə müşavirə iştirakçılarına məlumat verib. Sarvan Cəfərov qeyd edib ki, Nazirlik tərəfindən respublikanın bölgələrində taxıl biçininin qısa müddət ərzində, məhsul itkisinə yol verilmədən həyata keçirilməsi, məhsul istehsalçılarının taxılyığan kombaynlarla vaxtında təmin edilməsi ilə bağlı tədbirlər planı hazırlanıb və hazırda biçin prosesi bu plana uyğun davam etidirilir. Hazırlanmış dislokasiya planına əsasən, rayonlar üzrə ehtiyaclar müəyyən olunaraq “Aqroservis” ASC və digər fiziki və hüquqi şəxslərin balansında olan kombaynlar sürətli şəkildə digər bölgələrə dislokasiya olunur. Hazırda respublika üzrə arpa sahələrində sürətli biçinin getdiyini xatırladan nazir müavini Şəki-Zaqatala iqtisadi rayonu üzrə payızlıq arpa əkini sahələrində də aktiv biçin prosesinin getdiyinə diqqət çəkərək kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya olan zəruri tələbatının ödənilməsi üçün yerli qurumlar arasında koordinasiyalı fəaliyyətin göstərilməsinin vacibliyini önə çəkib.  

Müşavirədə çıxış edən Nazirliyin yerli qurumlarının rəhbərləri hazırda Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Balakən və Zaqatala rayonları üzrə əkin aparılmış təxminən 120 min hektara yaxın payızlıq taxıl əkini sahəsinin 5340 hektarında biçin prosesinin başa çatdığını, hazırda biçinin əsasən arpa sahələrində aparıldığını bildiriblər. Qeyd olunub ki, Şəki-Zaqatala iqtisadi rayonu üzrə biçin prosesində hazırda 201 kombayn iştirak edir. Bunlardan 57 kombayn “Aqroservis” ASC-yə, 144 kombayn isə hüquqi və fiziki şəxslərə məxsusdur. Biçin prosesi aktiv mərhələyə daxil olduqdan sonra biçin başa çatmış Aran rayonlarından bu bölgəyə əlavə texnikaların dislokasiyası həyata keçiriləcək. 

Regional müşavirədə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib. 

Tədbirdən sonra müşavirə iştirakçıları rayonun Öryət kəndində taxıl biçininin gedişi ilə tanış olublar. Fermerlər biçindən dərhal sonra sahədə yay şumu aparılacağını və torpağın təkrar əkinlərə hazırlanacağını bildiriblər. Onlara təkrar əkinlərin dövlət tərəfindən subsidiyalaşdırılması, bu mexanizm sayəsində fermerlərin ildə iki dəfə məhsul və iki dəfə subsidiya almaq imkanı əldə etdiyi barədə məlumat verilib. 

Müşavirə iştirakçıları həmçinin kənd ərazisində toxumluq əkin sahələrində aprobasiya prosesinin aparılması prosesi ilə də tanış olublar.

FOTOLAR

KTN Şəkidə regional müşavirə keçirdi — 1
KTN Şəkidə regional müşavirə keçirdi — 2
KTN Şəkidə regional müşavirə keçirdi — 3
KTN Şəkidə regional müşavirə keçirdi — 4
KTN Şəkidə regional müşavirə keçirdi — 5
KTN Şəkidə regional müşavirə keçirdi — 6
KTN Şəkidə regional müşavirə keçirdi — 7
KTN Şəkidə regional müşavirə keçirdi — 8
KTN Şəkidə regional müşavirə keçirdi — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
“Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Çempionlar Liqasında “Sabah”ın rəqibi açıqlandı 23:59 Bütün Xəbərlər