Azərbaycanda ilk dəfə tütün sahəsi üzrə sığorta ödənişi həyata keçirildi

Azərbaycanda ilk dəfə tütün sahəsi üzrə sığorta ödənişi həyata keçirildi
10.06.2025 17:34

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı artır. 

Bu barədə TodayPress TV-yə Aqrar Sığorta Fondundan məlumat verilib.

Aqrar Sığorta Fondu (ASF) ilk dəfə olaraq tütün sahələri üzrə sığorta ödənişləri həyata keçirib.  Tütün əkini sahələrində baş verən dolu vurması və selsubasma hadisələri nəticəsində təsərrüfatlara dəyən zərər ümumilikdə 130 hektara yaxın sığortalı əkinləri əhatə edib.  Fermerlərin Aqrar Sığorta Fonduna hadisə ilə bağlı müraciətlərindən sonra təsərrüfatlara müstəqil aqrar sığorta etkspertləri yönləndirilib. Ekspertlər, tütün sahələrinə baxış keçirib, baş vermiş hadisəni qeydə alıb və zərərləri hesablayıblar. Toplanmış məlumatlar əsasında fermerlərə müvafiq sığorta ödənişləri təyin edilib və vəsait onların hesablarına köçürülüb. Ümumilikdə tütün sahələrinə dəymiş zərərlər üzrə fermerlərə 147 min manata yaxın sığorta ödənişi edilib. Bu vəsaitdən 58 min manat Şəki rayonu, 27 min manat Balakən rayonu, 29 min manat Zaqatala rayonu və 33 min manatı Qax rayonundan olan fermerlərə ödənilib. 

Qeyd edək ki, sərt iqlimi ilə seçilən Şəki-Zaqatala bölgəsində təbiət hadisələri tütün sahələrinə tez-tez zərər vurur. Sığorta ödənişinə həsr edilmiş tədbirdə fermerlər bildirib ki, indiyədək belə hallar nəticəsində tütün sahəsinə dəymiş zərərlər kompensasiya edilmirdi və nəticədə fermerlər böyük ziyanla üzləşirdi. Şəki rayonundan olan fermer Anar Hümbətov bir neçə il əvvəl tütün sahəsini dolu vurması nəticəsində böyük məbləğdə zərərə düşdüyünü xatırladıb. Bu dəfə isə cəmi 2200 manat ödəyərək sığorta etdirdiyi tütün sahəsinə dəyən zərər üzrə fermerə 25 min manat sığorta ödənişi edilib. 

Zaqatalalı fermer Fazil Əhmədov isə bir neçə il əvvəl tütün sahəsinə dəymiş zərərə görə 10 min manat zərər etdiyini, buna görə vaxtilə banklara borclu qaldığını bildirib. Bu dəfə isə ona 5 hektar tütün sahəsinə dəymiş zərər üzrə 12,6 min manat ödəniş edilib. 

Sığorta ödənişi alan Balakənli fermer Ramazan Xammədov bir neçə il əvvəl, Aqrar Sığorta Fondunun fəaliyyət göstərmədiyi dövrdə tütün sahəsinə dəymiş zərərlərə görə ümumilikdə 200 min manatdan artıq zərərə düşdüyünü xatırladıb. Bu dəfə isə onun əkin sahəsinə dəymiş zərərə görə 27 min manat ödəniş edilib. 

Fermerlər aqrar sığorta mexanizmindən olduqca razı qaldıqlarını bildirib və digər həmkarlarını da öz əkin sahələrini sığortalamağa çağırıblar. 

Xatırladaq ki, Aqrar Sığorta Fondu tütün sahələrini dolu, fırtına, qasırğa, sel-subasma, normadan artıq qar yağması, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri, eləcə də dolu nəticəsində keyfiyyət itkisi kimi hadisələrin vurduğu zərərlərdən qoruyur. Aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödənildiyinə görə fermerlər tütün sahələrini kiçik ödənişlə sığortalaya bilərlər. Məsələn, Şəki-Zaqatala bölgəsində 1 hektar tütün sahəsinin baza zərfi ilə sığortalanması fermerə təqribən 250 manata başa gəlir. Əkin sahəsi doludan keyfiyyət itkisi riskindən də sığortalandıqda sığorta haqqı 320 manat təşkil edir. Bu - 1 hektar tütün sahəsinə il ərzində çəkilən xərclərin cəmi 10%-ni təşkil edir. 

Qeyd edək ki, Azərbaycanda 2600 hektar sahədə tütün əkilir. Tütün sahələrinin 98%-i Şəki-Zaqatala regionunda yerləşir. Tütün sahələri üzrə aqrar sığorta ödənişləri də bu regiondakı fermerlərə edilib. 

Fermerlərin aqrar sığortaya əlçatanlığını artırmaq məqsədilə həyata keçirilən tədbirlər nəticəsində hazırda fermerlər və torpaq sahibləri, eləcə də heyvandarlıq təsərrüfatlarının nümayəndələri öz təsərrüfatlarını “AsanPay” ödəniş sistemi vasitəsilə, evdən və iş yerindən ayrılmadan sığorta edə bilərlər.  

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

FOTOLAR

Azərbaycanda ilk dəfə tütün sahəsi üzrə sığorta ödənişi həyata keçirildi — 1
Azərbaycanda ilk dəfə tütün sahəsi üzrə sığorta ödənişi həyata keçirildi — 2
Azərbaycanda ilk dəfə tütün sahəsi üzrə sığorta ödənişi həyata keçirildi — 3
Azərbaycanda ilk dəfə tütün sahəsi üzrə sığorta ödənişi həyata keçirildi — 4
XƏBƏR LENTİ
30 IYUL 2026
“Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Çempionlar Liqasında “Sabah”ın rəqibi açıqlandı 23:59 Bütün Xəbərlər