Azərbaycan və Qvineya-Bisau Anlaşma Memorandumu imzaladı

Azərbaycan və Qvineya-Bisau Anlaşma Memorandumu imzaladı
03.06.2025 16:15

Azərbaycan və Qvineya-Bisau arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, sənədi nazir Məcnun Məmmədov və Qvineya-Bisaunun ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi üzrə fəaliyyətlər naziri Viriato Luis Soares Cassama imzalayıb. 

Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb.

Sənədə əsasən, tərəflər kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, kənd təsərrüfatı sahəsində qarşılıqlı maraq doğuran prioritet istiqamətlər üzrə birgə investisiya layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsi, ticarət əlaqələrinin qurulması məqsədilə ixrac potensiallı kənd təsərrüfatı məhsulları barədə məlumat mübadiləsi, kənd təsərrüfatı sahəsində rəqəmsallaşdırma, aqrar sığorta sahəsində təcrübənin paylaşılması, kənd təsərrüfatı sahəsində tətbiq olunan yeni texnologiyalar barədə məlumat mübadiləsi, aqrar tədqiqat, ticarət missiyalarının təşkili, özəl sektor arasında əlaqələrin gücləndirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. 

Görüşdə M. Məmmədov ölkədə aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyev Afrika ölkələri, o cümlədən Qvineya-Bisau ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir.

O, vurğulayıb ki, kənd təsərrüfatı gələcək əməkdaşlıq üçün ən perspektivli sahələrdən biridir.

O, iki ölkə arasında aqrar sahədə ticarət əlaqələrinin qurulması üçün böyük potensialın olduğunu qeyd edib.

Bu baxımdan, hər iki ölkənin biznes subyektləri arasında birbaşa əlaqələrin qurulması və ixrac potensialı yüksək olan məhsullar barədə informasiya mübadiləsinin aparılması mühüm əhəmiyyət daşıyır. 

Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı sektorunda tətbiq edilən ən son texnologiyalar və təcrübələrin Qvineya-Bisau tərəfi ilə paylaşılmağa hazır olduğu vurğulanıb.

Eyni zamanda, Qvineya-Bisaudan olan tələbələr Azərbaycan Dövlət Aqrar Universitetində təqaüd proqramları çərçivəsində təhsil almağa dəvət olunub. 

V.L.S.Cassama öz növbəsində ölkəsinin Azərbaycanla bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Nazir kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş potensialın mövcudluğunu vurğulayıb.

Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.

XƏBƏR LENTİ
30 IYUL 2026
“Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Çempionlar Liqasında “Sabah”ın rəqibi açıqlandı 23:59 Bütün Xəbərlər