Aqrar sektorda əmək münasibətlərinin tənzimlənməsi müzakirə edildi

Aqrar sektorda əmək münasibətlərinin tənzimlənməsi müzakirə edildi
22.12.2025 12:32

"Aqrar Məşvərət Şurası" İctimai Birliyinin növbəti iclası keçirilib.

TodayPress TV bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Azərbaycanın aqrar sektorunda əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən iclasda "Aqrar sektorda əmək münasibətlərinin tənzimlənməsi: mövcud vəziyyət və növbəti addımlar" mövzusunda geniş müzakirələr aparılıb.

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Nazir Məcnun Məmmədov aqrar sahədə əmək münasibətlərinin strateji əhəmiyyətini vurğulayıb, bildirib ki, dayanıqlı məşğulluğun təmin edilməsi, muzdlu işçilərin hüquqlarının qorunması, rəsmi məşğulluğun təşviq edilməsi və insan resurslarının inkişafı sektorun davamlı inkişafında mühüm rol oynayır. Nazir qeyd edib ki, dövlətin həyata keçirdiyi proqramlar və dəstək mexanizmləri ilə yanaşı, əmək münasibətlərinin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Şuranın sədri Niyazi Əmirbəyov çıxışında aqrar sahədə əmək münasibətlərinin inkişafı baxımından dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin, işəgötürən və işçilər arasında şəffaf və sağlam əmək münasibətlərinin qurulmasının, eləcə də beynəlxalq təcrübədən istifadənin vacibliyini qeyd edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev aqrar sektorda əmək münasibətlərinin leqallaşdırılması, muzdlu işçilərin rəsmi qeydiyyatının genişləndirilməsi, əmək müqavilələrinin tətbiqinin təşviqi, sosial sığorta mexanizmlərinin gücləndirilməsi və mövsümi məşğulluğun tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev isə aqrar sektorda əmək münasibətlərinin tənzimlənməsi mövzusunda təqdimatla çıxış edib. O, əməkhaqqı islahatlarının nəticələri, əmək münasibətlərinin elektronlaşdırılması, bu sahədə əldə olunmuş əsas nailiyyətlər, ƏMAS üzrə yeni funksionallıqlar, əmək qanunvericiliyində edilən yeniliklər, əməyin mühafizəsi sahəsində görülən tədbirlər, eləcə də "DOST Müfəttiş" layihəsinin tətbiqi barədə ətraflı danışıb.

Müzakirələr zamanı aqrar sahədə əmək münasibətlərinin şəffaflığının artırılması, qeyri-formal məşğulluğun azaldılması, muzdlu işçilərin sosial müdafiəsinin gücləndirilməsi və əmək münasibətlərinin daha effektiv tənzimlənməsi istiqamətində növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Çempionlar Liqasında “Sabah”ın rəqibi açıqlandı 23:59 Bütün Xəbərlər